Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Epidemioloji şərait və prezidentlərin qrafiki imkan verən kimi Vladimir Putin Türkiyəyə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər dəvətini qəbul edib.

 "Xalq qəzeti" TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, həm hökumətlərarası komissiyaların, həm də ikitərəfli münasibətlər üzrə prezidentlərin rəhbərlik etdikləri ali orqanın iclaslarının keçirilməsində müəyyən fasilə yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğanın bütün bu tədbirləri Türkiyədə qəbul etməyə hazır olduğunu deyib.

“Prezident Putin bu dəvəti minnətdarlıqla qəbul edib. Onlar razılaşıblar ki, epidemioloji şərait və qrafikləri imkan verən kimi Rusiya lideri dəvətdən mütləq istifadə edəcək.

27 Yanvar 2022 14:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə