Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 14-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yanvarın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi, yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

27 Yanvar 2022 17:54 - EKOLOGİYA
EKOLOGİYA
24 May 2022 | 16:56
Sabahın HAVA PROQNOZU
23 May 2022 | 16:54
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə