Ən son xəbərlər
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin yanvarın 25-də 32-ci məhəllə ərazisindən qaçırılması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Köhnə versiyamızdan xəbərləri izlə