Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polis metropolitendə kütləvi maarifləndirmə tədbirləri keçirib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, polis əməkdaşları Bakı Metropoliteninin stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlərlə profilaktiki söhbətlər aparılıb. Tədbir çərçivəsində qaydalara əməl etməyən şəxslər barəsindən inzibati cəza protokolu tərtib olunmayıb.

Metropolitendə Polis Şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “tibbi maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.

Profilaktiki tədbirlər davam etdirilir.

27 Yanvar 2022 12:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə