Ən son xəbərlər
Afrikanın cənub-şərqində “Anna” tropik qasırğası 50-dək insanın həyatına son qoyub. İnsan tələfatı Madaqaskar, Mozambik və Malavidə qeydə alınıb. Yanvarın 22-də Madaqaskarda daşqınlar və torpaq sürüşmələri nəticəsində 39 nəfər ölüb, 65 min nəfər evsiz-eşiksiz qalıb. Ayın 24-də qasırğa Mozambikin mərkəzi bölgələrinə çatıb. İlkin məlumata görə, orada 3 nəfər ölüb, 49 nəfər yaralanıb. Malavidə isə daşqınlar nəticəsində 4 nəfər ölüb, ölkənin böyük hissəsi işıqsız qalıb. Qasırğanın bu gün Zimbabveyə çatacağı açıqlanıb.
Məlumatı “France-Presse” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə