Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Miqrantlar xilas edilib

İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə batmaq üzrə olan 280 miqrantı xilas ediblər. Bildirilir ki, miqrant­lar köhnə balıqçı gəmisində köməksiz vəziyyətdə aşkarlanıblar. Onların əksəriyyəti Banqladeş və Misir vətəndaşları olub. Bundan başqa, Lampeduza ada­sından 50 kilometr uzaqlıqda kiçik qayıqda üç miqrantın öldüyünü görüblər. Qayıqdan çıxarılan digər 4 miqrantın isə sahilə çatana qədər hipotermiya səbəbindən öldüyü bildirilib. Qeyd olunur ki, ilin əvvəlindən İtaliyaya dəniz yolu ilə 1751 immiqrant daxil olub.

Xəbəri “Euronews” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

27 Yanvar 2022 04:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 May 2022 | 09:22
Satış azalıb
19 May 2022 | 09:19
Birdəfəlik yardım

Köhnə versiyamızdan xəbərləri izlə