Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən sürətli superkompüter hazırlanır

ABŞ-ın “Meta Plat­forms Inc.” şirkətinin mütəxəssisləri yeni superkompüter ha­zırlayırlar. Onlar iddia edirlər ki, hazırladıq­ları superkompüter dünyada ən sürətli hesablama maşını olacaq.

Qeyd edilir ki, ikiillik əməyin nəticəsi olan “AI Research SuperCluster” (RSC) adlı superkompüterin hazırlanması üzrə layihəyə “Nvidia Inc.” və “Pure Storage Inc.” tərəfdaş kompaniyalarının analitikləri də daxil olmaqla, yüzlərlə mütəxəssis cəlb edilib. Cari ilin yay aylarında tam hazır vəziyyətə gətiriləcək superkompüterin 16 minə yaxın qrafik prosessoru olacaq və o, dünyanın ən sürətli kompüterinə çevriləcək.

Xəbəri “The Wall Street Journal” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

27 Yanvar 2022 04:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı

Köhnə versiyamızdan xəbərləri izlə