Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT sülhməramlıları Livanda hücuma məruz qalıb

Livanın Ramiyə yaşayış məntəqəsinin bir qrup sakini İsraillə həmsərhəd ərazidə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına çəkiliş apardıqları zaman hücum ediblər. Bu barədə UNIFIL-in informasiya xidmətinin rəhbəri Andrea Tenen­ti açıqlama verib.

“Cinayətkarlar BMT avtomobillərinin yolunu kəsib və hərbçilərdən birini yaralayıblar. Onlar iki avtomobilə ziyan vurub və bir neçə əşyanı oğurlayıblar”, – deyə Andrea Tenenti bildirib.

BMT sözçüsü xatırladıb ki, BMT qüvvələrinə hücum Livan və beynəlxalq qanunlara görə cinayət sayılır: “Cavabdeh­lik daşıdıqları ərazidə olan sülhməramlılar həmin vaxt BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq öz missiyalarını yerinə yetirirdilər”.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

27 Yanvar 2022 10:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı

Köhnə versiyamızdan xəbərləri izlə