Ən son xəbərlər
“Belta” agentliyinin yaydığı məlumata görə, rəsmi Varşava Belarusla sərhəd boyu beton divarların inşaatına başlayıb.
Mənbə qeyd edir ki, bu barədə Polşa Sərhəd Qoşunları komandanlığı məlumat yayıb. Bildirilir ki, bugünlərdə sosial şəbəkələrdə paylaşılan videoda inşaat işlərinə başlanıldığı əks olunub. Video görüntülərdə sərhəddə işləyən texnika görünür. Qeyd edilir ki, bu, indiyə qədər sərhəd qoşunları tərəfindən görülən ən böyük inşaat layihəsi olacaq.
Belarusla sərhədə beton plitələrin tikilməsi 4 fərqli bölgədə eyni vaxtda başlayıb. Ehtimal olunur ki, 186 kilometrlik sərhəddə bu iş həyata keçiriləcək. Onun maliyyə tutumu 350 milyon avro təşkil edir.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə