Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Con Kirbi: Pentaqon Ukraynaya hərbi yardım göndərməkdə davam edəcək

ABŞ hökuməti Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacağını iddia edir. Ağ evdə bildirirlər ki, Rusiya müharibəyə başlasa, bunun Rusiya üçün ağır fəsadları olacaq.

Rusiya, öz növbəsində, bu ittihamları təkzib edir, əksinə, Ukraynanı və onu dəstəkləyən dövlətləri regionda vəziyyəti gərginləşdirməkdə günahlan­dırır. Pentaqon isə hər vəchlə Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə çalışır. Pentaqonun sözçüsü Con Kirbi dünən CNN telekanalına müsahibəsində bildirib: “Biz Ukraynaya hərbi yardım göndərməkdə da­vam edirik ki, onlar özlərini qoruya bilsinlər. Biz artıq son bir neçə gündə üç yardım göndərmişik, daha çoxu gözlənilir”.

Onun sözlərinə görə, 8,5 min əsgərin Avropaya göndərilməsinin vaxtı hələ müəyyən edilməyib: “Bu sualın cavabını bil­mirik. Sadəcə olaraq, onları yüksək hazırlıq vəziyyətinə gətirdik ki, tezliklə müvafiq ərazilərə göndərilsinlər. Amma göndərmək əmri yoxdur, fəaliyyətə keçid olmadı. Buna görə də bunun nə vaxt baş verəcəyini söyləmək çətindir. Çox şey Rusiya Prezi­denti Vladimir Putinin hərəkətlərindən asılı olacaq”.

Ağ evin mətbuat katibi Cen Psaki isə jurnalistlər üçün keçirdiyi brifinqdə bildi­rib ki, “ABŞ Prezidenti Co Baydenin ABŞ qoşunlarını Ukraynaya göndərməkdə nə marağı var, nə də arzusu”. O, həmçinin qeyd edib ki, 8 min 500 ABŞ hərbçisinin Avropaya göndərilməsi üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi qərarı yalnız NATO-nun “şərq cinahını” dəstəkləmək məqsədi daşıyır.

M.HACIXANLI,

“Xalq qəzeti”

27 Yanvar 2022 09:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 May 2022 | 23:00
İstehsal bərpa olunur
17 May 2022 | 22:59
Baş nazirin açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə