Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Asiya ölkələri və Çin arasında əməkdaşlıq genişləndirilir

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev “ÇinMərkəzi Asiya yeni iqtisadi dialoq strate­giyasını işləyib hazırlamaq təşəbbüsü ilə çıxış edib. Məqsəd maneəsiz ticarəti təmin etmək və ümumi sənaye korporasiyası məkanı yaratmaq­dır. Məlumatı Anadolu verib.

Bununla bağlı keçi­rilmiş onlayn sammitdə çıxış edən Özbəkistan lideri Mərkəzi Asiya ölkələri və Çin arasında əməkdaşlığın prioritetlərinə toxunaraq bil­dirib ki, “Çin–Mərkəzi Asiya” marşrutu üzrə fasiləsiz yük­daşımaları və transregional loqistik şəbəkənin inkişafını təmin etmək üçün sistemli qərarlar hazırlamaq lazımdır. O, artıq bu il “Çin–Qırğızıs­tan–Özbəkistan” dəmir yolu layihəsinin reallaşdırılmasına başlamağı təklif edib.

Mirziyoyev əməkdaşlığın vacib sferaları sırasında səhiyyə və infeksion xəstəliklərə qarşı mübarizəni də qeyd edib. O, Özbəkis-tanın Çinlə peyvənd isteh­salı və sınağı sahəsində əməkdaşlığa hazır olduğunu da bildirib.

Qeyd edək ki, yanvarın 25-də ÇXR Sədri Si Sinpinin təşəbbüsü ilə Mərkəzi Asiya və Çin liderlərinin diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş videokonfrans formatında görüşü keçiri­lib. Dövlət başçıları 30 illik əməkdaşlığın yekunları ilə bağlı fikir mübadiləsi aparıb, aktual məsələləri və çoxplanlı qarşılıqlı münasibərlərin prio­ritet istiqamətlərini müzakirə ediblər.

Tədbirdə ÇXR sədri Si Sinpin, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezi­denti İmaməli Rəhmon və Türkmənistan Prezidenti Qur­banqulu Berdiməhəmmədov iştirak ediblər. Yekunda birgə bəyannamə qəbul olunub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

27 Yanvar 2022 09:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 May 2022 | 09:22
Satış azalıb
19 May 2022 | 09:19
Birdəfəlik yardım

Köhnə versiyamızdan xəbərləri izlə