Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST-ün baş direktoru vəzifəsinə yeganə namizəd

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Tedros Afhanom Qebreyesus növbəti beş il üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə yeganə namizəddir. Bu qərar Təşkilatın İcraiyyə Şurasının Cenevrədə keçirilən iclasında verilib.

Agentlik yazır ki, bu ilin may ayında təşkil olunacaq 74-cü Ümumdünya Səhiyyə Assambleyasına seçkilərdə Qebreyesusun ÜST-ün baş direktoru vəzifəsinə seçilməsi ilə bağlı gizli səsvermə keçiriləcək.

Qeyd olunur ki, ÜST-ün baş direktoru vəzifəsinə namizədliyin irəli sürülməsi prosesi ötən ilin aprelində başlayıb, sentyabrın 23-də başa çatıb. Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Assambleyasının 2017-ci ilin mayında baş tutan 70-ci iclası çərçivəsində keçirilən seçkilərdə Böyük Brita­niyadan olan namizəd Devid Nabarroya qalib gələrək ÜST-nin baş direktoru seçilib.

Rövşən ATAKİŞİYEV,

“Xalq qəzeti”

27 Yanvar 2022 04:41 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı

Köhnə versiyamızdan xəbərləri izlə