Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal iqtisadi artım zəifləyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiy­yatla bağlı proqnozlarına dəyişikliklər etmişdir. Hesabatda gözlənildiyinin əksinə olaraq, 2022-ci ilə qlobal iqtisadiyyatın daha zəif göstəricilərlə daxil olduğuna vurğu olunur. COVID – 19-un yeni ştammlarının meydana gəlməsi ilə bir sıra ölkələrin məhdudiyyətlərin tətbiqini yeniləməsi bu prosesə öz mənfi təsirini göstərib. Enerji qiymətlərinin artması və təklif kanallarındakı pozulmalar inflyasiya proseslərinin gözləniləndən daha artıq formada baş verməsi ilə nəticələnib.

Beləliklə, 2021-ci ilin 5,9 faizlik artımı ilə müqayisədə, qlo­bal iqtisadiyyatın 2022-ci ildə əvvəlki proqnozlarla müqayisədə yarım faiz bəndi daha az, yəni 4,4 faiz artım göstərəcəyi proqnozlaşdırılır. 2023-cü illə bağlı isə əksinə, mövcud artım proqnozu 0,2 faiz bəndi artırılmaqla 3,8 kimi qeyd olunmuşdur. Bu isə daha çox vaksinasiyanın 2022-ci ildə artacağına və xəstəliyin müalicəsinə olan ümid və gözləntilərlə bağlıdır.

Qlobal miqyasda iki mühüm məsələ – inkişafda olan ölkələrdən kapitalın qaçışı və qlobal geopolitik risklər yüksək olaraq qalmaqdadır. Bütün bunları nəzərə alaraq, ölkələrə inflyasiyanın cilovlanması üçün daha sərt monetar siyasət yeridilməsi, limitlənmiş fiskal imkanların isə səhiyyə və sosial istiqamətə yönəldilməsi təklif olunur. Qeyd edim ki, daha öncəki hesabatlarında bank sektoru üçün, xüsusilə də inki­şafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün BVF makroprudenisal siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edirdi.

Eyni zamanda, vaksinasiyanın artırılması, qlobal əməkdaşlığın gücləndirilməsi kimi ənənəvi məqsədlərlə yana­şı, iqlim dəyişikliyi ilə mübarizənin göcləndirilməsinə xüsusi ça­ğırış edilir. Bu isə təsadüfi deyil, çünki iqlim dəyişikliyi ilə qlobal mübarizənin “iqlimin xilası” üçün deyil, məhz iqtisadiyyatların özünün inkişafı naminə aparıldığı təsdiqlənən dayanıqlı inkişaf çağırışıdır.

Ayaz MÜSEYIBOV,

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri

27 Yanvar 2022 04:35 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə