Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə daha bir parka “ikinci həyat” verilir

Son vaxtlar Gəncənin park və xiyabanlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilir, insanların üz tutduqları bu istirahət mərkəzlərinə, necə deyərlər, “ikinci həyat” verilir. Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin apardığı təmir-tikinti, yenidənqurma işləri istər keyfiyyətinə, istərsə də əhatə dairəsinə görə sakinlərin diqqətini cəlb edir.

Hazırda MKTİB-nin təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən şəhərin Fikrət Əmirov par­kında təmir-bərpa işlərinə başlanılıb. Parkın ərazisində sökülən tamet, aqlay daş­ları, beton konstruksiyalar yeniləri ilə əvəzlənir. İstirahət məkanında yerləşən otura­caqların hamısının boyan­ması, ərazidəki bütün zibil qutularının yeniləri ilə əvəz olunması nəzərdə tutulub. Parkın işıq sistemindəki nasazlıqlar da aradan qaldırılacaq. Burada işlər ye­kunlaşdıqdan sonra analoji təmir-bərpa işləri Gəncənin Fizuli parkında davam etdiriləcəkdir.

Mənzil - kommunal təsərrüfat istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri Vüsal Balayev müxbirimizlə söhbət zamanı dedi ki, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov kollekti­vimiz qarşısında konkret vəzifə qoyub. İstilər düşənə kimi təmirsiz, lazımi şəraiti olmayan bir dənə də park və xiyaban qalmamalıdır. Özü tez-tez gəlir, işə nəzarət edir, tapşırıq və tövsiyələrini verir.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

27 Yanvar 2022 04:33 - EKOLOGİYA
EKOLOGİYA
24 May 2022 | 16:56
Sabahın HAVA PROQNOZU
23 May 2022 | 16:54
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə