Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyük qayıdış” kitabının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimatı keçirilib.

BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətində tanınmış tarixçilərin, deputatların, məmurların, pay­taxt RİH-lərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin, Vətən müharibəsi qazilərinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yeni kitab Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayon­lara səfərlərindəki çıxışlarının toplusudur. Dövlətimizin başçısının hər bir çıxışı dərin elmi-tarixi əhəmiyyət daşıyır. Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edil­miş torpaqlarda fəal bərpa prosesi aparılır, Azərbaycan özünün yeni və şanlı tarixini yazır.

Tədbirdə RİH-lərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə orta məktəblərdə Qarabağ həqiqətləri, şanlı Qələbəmiz, Prezident İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı tövsiyələr verildi.

Təqdimat mərasimində çıxış edən AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, qazi Famil Məlikov və digərləri çap edilən yeni kitabın əhəmiyyətini qeyd edərək, bu nəşrin müharibədən sonrakı dövrdə azad olunan ərazilərdəki bərpa işləri, burada tam yeni infrastrukturun yaradılması və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı prosesinin öyrənilməsində mühüm rol oyna­yacağını vurğulayıb, kitabın bu işlərin gələcək nəsillərə çatdırmasında mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.  

27 Yanvar 2022 04:30 -

Köhnə versiyamızdan xəbərləri izlə