Ən son xəbərlər
Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Məhəmməd Hamil Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovla görüşü zamanı bildirib ki, Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb.
Məhəmməd Hamil Azərbaycanın karbohidrogen sahəsindəki tarixi rolunu vurğulayaraq deyib: “Bu gün Azərbaycan dünya enerji arenasında vacib rol oynayır. Ölkə irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb və enerji forumlarının, o cümlədən, GECF və OPEC çərçivəsində forumların fəal iştirakçısıdır”.
Səfir R.İsmayılov, öz növbəsində, təbii qazın bütün dünyada enerji təhlükəsizliyinin yüksəldilməsi üçün vacibliyini və qaz bazarlarında mövcud vəziyyət şəraitində tələb və təklif arasında balansın təmin olunmasının vacibliyini vurğulayıb.
Tərəflər 2022-ci ilin fevralında Qətərin paytaxtı Dohada keçiriləcək GECF-ə üzv ölkələrinin dövlət və hökumət başçılarının 6-cı sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə