Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 497  Bakı şəhəri, 23 noyabr 2018-ci il
Xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Şəki Şəhər İcra Hakimiyyətinin təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilsin.
2. Şəki Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə