Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransadakı yəhudilər antisemitizmdən şikayətlənirlər

Fransada yaşayan yəhudilərin əksəriyyəti antisemitizmin fransız cəmiyyətində geniş yayıldığını bildirir və bu səbəbdən mənşələrini gizlətməli olduqlarını qeyd edirlər.

"Le Parisien" qəzetinin verdiyi məlumata görə, sözügedən araşdırma Amerika Yəhudi Komitəsi və Fransa Siyasi İnnova­siya Fondunun sifarişi ilə Fransanın İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) tərəfindən aparılıb. Sorğuda iştirak edən 500-dən çox "yəhudi konfessiyası və ya mədəniyyətinə mənsub fransızların" 85 faizi antisemitizmin geniş yayılmış hal olduğunu, 73 faizi isə artmaqda davam etdiyini hesab edib. Respondentlərin yarıdan çoxu istehza ilə qarşılaşdığını təsdiqləyib, 30 faizi isə mütəmadi olaraq təhqir olunduğunu bildirib (digər 23 faizi – ən azı bir dəfə).

Sorğuda iştirak edənlərin 24 faizi yəhudi icmasına mənsub olduqları üçün həyatlarında ən azı bir dəfə sağlamlıqlarına və ya əmlaklarına təhdidlərlə üzləşiblər. Respondentlərin 7 faizi əmlaklarına mütəmadi olaraq zərər vurulduğunu, 8 faizi isə dəfələrlə fiziki zorakılıqla üzləşdiklərini bildiriblər.

“Xalq qəzeti”

27 Yanvar 2022 04:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı

Köhnə versiyamızdan xəbərləri izlə