Ən son xəbərlər
“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
“Azərişıq” ASC-dən verilən məlumatda bildirilir ki, layihə çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb. Görüləcək işlər çərçivəsində – 1826 abonentin yaşadığı bu 4 kəndin ərazisində 41 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 95 kilometrə yaxın 10 kV-luq, 103 kilometr 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.
Neftçala rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 714 abonentin yaşadığı bu 4 kənd ərazisində 15 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 28 km 10 kV-luq xətt, 46 km 0,4 kV-luq xətlər və abonentlərin sayğacları yenilənəcək.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir.
Samirə ƏLIYEVA,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə