Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“SOCAR karbamid” zavodu ixracı genişləndirir

Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR karbamid” zavodu ölkəmizdə kənd təsərrüfatının inkişafında, həmçinin qeyri-neft ixracında önəmli rola malikdir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib. Ötən il müəssisənin gəlirləri 6 dəfə artaraq 223 milyon manatı ötüb. Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87 faizi Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və sair ölkələrə ixrac olunur.

Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

26 Yanvar 2022 14:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə