Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxanada “Xarıbülbül səhifələrdə” virtual sərgisi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondlarında saxlanılan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, həmçinin Qarabağın tarixini, mədəniyyətini əks etdirən nəşrlərdən ibarət “Xarıbülbül səhifələrdə” adlı virtual sərgi hazırlanıb.

 

Bu barədə "Xalq qəzeti"nə MEK-dən məlumat verilib. Bildirilib ki, “Şuşa İli” çərçivəsində hazırlanan virtual sərgidə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş dəyərli ədəbiyyatlar yer alıb.

 

Sərgidə “Zəfər salnaməsi”, Elturan Avalovun “Şuşa qrafika”, Yaqub Mahmudov və Camal Mustafayevin “Şuşa Pənahabad”, Kərim Kərimlinin “Şuşalı, Şuşasız günlərim”, Pərviz Axundbəylinin “Şuşa həsrəti”, İsmayıl İsmayılovun “Azərbaycan mirvarisi Şuşa”, Vasif Quliyevin “Şuşa nəğmələri”, Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır”, Bahadur Eyvazovun “Şuşa kurortu”, İnqilab Kərimovun “Şuşa-Ağdam teatrı”, Yunis Hüseynovun “Şuşa şəhərinin tarixi” və digər nəşrlər yer alıb.

 

Kitablarda ümummilli lider Heydər Əliyevin müxtəlif dövrlərdə Şuşaya səfərləri, şəhərin inkişafına göstərdiyi diqqət və qayğısı haqqında məlumatlar, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, ölkənin inkişaf sürətinin artması və dünya miqyasında tanınması haqqında ətraflı məlumatlar öz əksini tapıb. Əsərlərdə Pənahabad qalasının salınması və xarici işğalçılara qarşı mübarizə tarixi, siyasi, iqtisadi, sosial inkişafı, görkəmli şəxsiyyətləri, erməni işğalının nəticələri və bir sıra digər məsələlər də əksini tapıb. Bunlarla yanaşı, kitablarda Şuşanın mədəni inkişaf tarixinə də geniş yer verilib. Nəşrlərdə, həmçinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə həyata keçirilən soyqırımı və deportasiya siyasəti haqqında məlumatlar verilib.

26 Yanvar 2022 14:45 -

Köhnə versiyamızdan xəbərləri izlə