Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Botanika İsntitutunda elmi seminar keçirilib

AMEA Botanika İnstitutunda Alqologiya və lixenobriologiya laboratoriyasının elmi işçisi Aytən Xanbutayeva və Mikologiya şöbəsinin kiçik elmi işçisi Aytac Əliməmmədovanın təqdimatında elmi seminar keçirilib. 

İnstitutdan "Xalq qəzeti"nə verilən məlumata görə, seminarda gənc doktorantların xarici ezamiyyətlərinin nəticələrinə dair məruzələri dinlənilib.

A.Xanbutayeva “Müxtəlif metodikalarla yosunların tədqiqi” mövzusunda çıxış edib. O, Rusiya Elmi Tədqiqat İnstitutunun Azov – Qara dəniz filialının Hidrobiologiya laboratoriyasında apardığı tədqiqatlar zamanı perifiton çərçivə vasitəsilə yosunların biokütləsinin hesablanması, optik mikroskopiya kimi müasir metodlar və onlardan istifadənin üstünlüyü haqqında geniş məlumat verib.

A.Əliməmmədova isə “Bəzi tibbi əhəmiyyətli makromisetlərin bioloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda çıxış edib. A.Əliməmmədova Ukrayna Milli Elmlər Akademiyası M.G. Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsində dissertasiya işi üzrə tibbi və qida əhəmiyyətli göbələklərin yeni metodikalardan istifadə etməklə bioloji xüsusiyyətlərini (ekzopolisaxaridlərinin, endopolisaxaridlərinin, ümumi fenol birləşmələrinin miqdarını, antibakterial aktivliyi və miselial inkişaf sürətlərini) araşdırıb.

Çıxışlardan sonra mövzular ətrafında muzakirələr aparılıb, iştirakçları maraqlandıran suallar cavablandırılıb. 

26 Yanvar 2022 15:41 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə