Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa portalında bu ölkənin prezidentliyə namizədinin Qarabağa qeyri-qanuni səfəri tənqid olunub

Fransanın “Musulmansenfrance” portalında Jan-Mişel Brənin “Pekresdən Lö Drianadək: Hüquqi dövlət... işimizə yarayanda” sərlövhəli məqalə dərc olunub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Fransa prezidenti seçkilərinə namizəd Valeri Pekresin Azərbaycan torpaqlarına qeyri-qanuni səfərinə toxunulub.

Müəllif Fransa Milli Assambleyasında sağçıların bu səfərlərlə bağlı hay-küy salmalarından, sərsəmləmələrindən söz açaraq, Fransa Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın cavabının düzgün olmamasından yazıb. Bildirib ki, hüququn aliliyi yalnız Fransa rəsmilərinin işinə yarayanda yada düşür.

Müəllif Qarabağ haqqında məlumat verərək, onun bütün beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın ərazisi olduğunu qeyd edir. Pekresin Qarabağa gizli səfər etməklə bütün dünyada qəbul edilmiş qaydaları kobud şəkildə pozduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Valeri OPekresin Qarabağa qanunsuz səfəri ilə bağlı fikirlərini olduğu kimi tərcümə edən müəllif burada heç bir hədədən söhbət getmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, Pekresin Fransa prezidentliyinə namizədliyi onun hər yerə getməsinə icazəsi vermir.

Müəllif Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqına sədrliyi zamanı inauqurasiya nitqində “Qanunun aliliyinin sonu özbaşınalığın hökmranlığıdır” söylədiyini xatırladan müəllif rəsmi Parisin Minsk qrupunun həmsədri kimi neytrallığa riayət etməli olduğunu bir daha vurğulayıb.

Jan-Mişel Brən bildirir ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian Milli Assambleya üzvlərinə Qarabağın Azərbaycanın ərazisi olduğunu, onun suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsini təsdiqləyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırlatmalı idi.

Məqalədə Qarabağdakı xristian kilsələrinin erməni separatçıları tərəfindən dağıdılmasından da söz açılıb.

26 Yanvar 2022 12:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə