Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

PISA 2022 tədqiqatının əsas mərhələsinə azərbaycanlı şagirdlər də qoşulacaqlar

Azərbaycanda təhsil alan 15 yaşlı şagirdlər Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatı – PISA 2022-nin (Programme for International Student Assessment) əsas mərhələsində iştirak edəcəklər.

Bu barədə "Xalq qəzeti"nə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarıqlarını ölçür. PISA 2022 tədqiqatında şagirdlərin oxu, riyaziyyat və elm sahələri ilə yanaşı, yaradıcı düşünmə ilə əlaqədar bilik və bacarıqları da qiymətləndiriləcək.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan PISA-2022 tədqiqatının sınaq mərhələsində iştirak edib. Bakı üzrə 63 məktəb, 2800-dən çox şagird, 1100-dən çox müəllim, 63 məktəb direktoru qiymətləndirməyə qoşulub.

26 Yanvar 2022 12:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə