Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda narkotacir tutulub - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Elvin Əlipşanov tutulub. Üzərində şəxsi axtarış aparılan zaman ondan 43 ədəd hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Elvin Əlipşanov ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu şəxsdən əldə etdiyi bildirib. O, Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu qeyd edib. Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

26 Yanvar 2022 11:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə