Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekoloji təhsil və maarifləndirmə prioritet istiqamətdir

26 yanvar “Dünya ekoloji təhsil” Günüdür

26 yanvar–“Dünya ekoloji təhsil” Günü münasibətilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) təşəbbüsü və təşkilatçılığı ilə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Xədicə Əliyeva şagirdlərin ekoloji tərbiyəsi sahəsində görülən işlər barədə məlumat verib və bu mühüm tədbirlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də 1 saylı RETSİ-nin rəhbərliyinə minnətdarlığını bildirib.

Şagirdlər qarşısında çıxış edən 1 saylı RETSİ-nin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvi Bəxtiyar Hüseynov yeniyetmə gənclərə 26 yanvar–“Dünya eko­loji təhsil” Gününün təsis edilməsinin məramı və mahiyyəti barədə “Ətraf mühit üzrə təhsil vacibdir” məruzəsində geniş söhbət açıb. Natiq qeyd edib ki, bu günün qeyd edilməsində əsas məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin problemlərinin həllinə yönəltmək və gələcəkdə baş verə biləcək ekoloji fəsadların qarşısını almaqda ekoloji təhsilin və maarifləndirmənin vacibliyini vurğulamaqdır.

Xatırladaq ki, müasir ekoloji təhsil hərəkatının 1972-ci ildə İsveçin paytaxtı Stok­holmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanması konfransda beynəlxalq status alıb. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsipə xüsusi önəm verilib. Onlardan biri də “Ətraf mühit üzrə təhsil vacibdir” adlandırılıb.

Bu gün planetimizdə mövcud olan qlobal ekoloji problemlərin həlli dünya ictimaiyyətinin qarşısında duran ən vacib məsələlərdən biridir. Digər qlobal problemlərlə yanaşı, respublikamızda hələ sovet dönəmindən bizə miras qalmış ekoloji problemlərin mövcud­luğunu nəzərə alsaq, əhalinin ekoloji təhsili və maarifləndirillməsi işinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyi məlum olar.

Ümummilli lider Heydər Əliyev bu sahəyə də xüsusi diqqət yetirirdi. Ekoloji təbliğat və maarifləndirmənin gücləndirilməsi məqsədilə 10 dekabr 2002-ci ildə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi barədə 27 yanvar 2003-cü il tarixli fərmanın imzalan­ması bunun bariz nümunəsidir. Elə buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji təbliğat və maarifləndirməyə xüsusi önəm verir. Belə ki, əhalinin ekoloji dünyagörüşünün for­malaşması üçün əhali ilə müntəzəm görüşlərin keçirilməsi daha məqsədəuyğun sayılır. İndi ümumtəhsil, ali və orta ixtisas məktəblərində, idarə və müəssisələrdə keçirilən maarifləndirici tədbirlər artıq ənənəyə çevrilib.

Tədbir iştirkaçıları məktəbdə yaradılan “Ekoloji guşə” ilə də tanış olublar. Şagirdlərin ifasında ekoloji mövzuda şeirlər, təbiət haq­qında maraqlı faktlar, süjetlər səslənib və onları maraqlandıran suallara ətraflı cavab verilib. Həmçinin ekoloji guşəni daha da zənginləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəngli əyani təşviqat vasitələri məktəbə hədiyyə edilib.

V.BAYRAMOV, “Xalq qəzeti”

26 Yanvar 2022 04:46 - EKOLOGİYA
EKOLOGİYA
19 May 2022 | 16:31
Sabahın HAVA PROQNOZU
17 May 2022 | 17:02
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə