Ən son xəbərlər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyuja bildirib ki, Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası silahlı münaqişə və atışmalarla əlaqəli bütün məsələləri dərhal aradan qaldıra bilər.
Nikolay Bordyuja deyib: "Bu vəziyyətdə mən Ermənistan və Azərbaycana sərhədlərin qarşılıqlı tanınması məsələsinə kömək göstərilməsi zərurətini vurğulamaq istərdim. Bu isə öz növbəsində birgə qrupların yaradılmasını, arxivlərdən materialların əldə olunmasını ifadə edir".
KTMT-nin sabiq baş katibi qeyd edib ki, rusiyalı sülhməramlıların Qarabağda mövcudluğu sabitliyin təminatına töhfə verir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə