Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi ilə bağlı vebinar təşkil olunacaq

Yanvarın 26-sı saat 15:00-da təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə həsr edilən vebinar keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vebinar Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Xatırladaq ki, Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi elan edib. Məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu fevralın 15-dən martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

25 Yanvar 2022 16:39 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə