Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkomanlığın zərərləri ilə bağlı avtobus dayanacaqlarında sosial lövhələr quraşdırılıb

Narkomanlığın zərərləri ilə bağlı avtobus dayanacaqlarında sosial lövhələr quraşdırılıb.

Bu barədə "Xalq qəzeti"nə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq tapşırıq və göstərişlərinə əsasən, Dövlət Komissiyasının işçi qrupunun təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı müasir dizaynla tərtib olunmuş 40 sosial lövhə Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq çərçivəsində yanvarın 21-dən etibarən avtobus dayanacaqlarında yerləşdirilib.

25 Yanvar 2022 16:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə