Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib

25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

FHN-dən verilən məlumata görə, komissiya sədrinin müavini fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb. İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

25 Yanvar 2022 14:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə