Ən son xəbərlər
Daxili İşlər Nazirliyi (DİN) yanvarın 24-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 62 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər həlak olub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Köhnə versiyamızdan xəbərləri izlə