Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rəngarəng qobelen dünyası” adlı sərgisi açılacaq

Yanvarın 26-da Azərbaycan Milli Xalça Muzeyində qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” adlı sərgisi açılacaq.

Xalça Muzeyindən "Xalq qəzeti"nə verilən məlumata görə, sərgidə rəssamın 1990–2022-ci illərdə yaratdığı əsərlər nümayiş olunacaq.

Sərgi çərçivəsində mühazirə, rəssam Tamilla Abdullayeva ilə görüş, habelə qobelentoxuma üzrə ustad dərsləri və tematik ekskursiyalar təşkil ediləcək.

Sərgi fevralın 25-dək ziyarətçilər üçün açıq qalacaq.

25 Yanvar 2022 11:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə