Ən son xəbərlər
İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılmış 4 min il tarixi olan 2 qədim artefakt ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsi tərəfindən müsadirə edilib. Bundan sonra qədim Babil dövlətinə aid olduğu və uşaqlara əlifba öyrədilməsinə xidmət etdiyi ehtimal olunan artefaktlar ABŞ-ın Los-Ancelesdəki İraqın baş konsulluğuna təhvil verilib. İraqın Los-Ancelesdəki baş konsulu Salvan Sincari bildirib ki, əsərlər İraqa qaytarılacaq və Mədəniyyət İşləri Nazirliyinin nəzdindəki muzeyə yerləşdiriləcək.
Xəbəri “Yerusəlim Post” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə