Ən son xəbərlər
Meksikanın Lordes Mandonado Tixuana şəhərinin Santa-Fe məhəlləsində daha bir jurnalist qətlə yetirilib. Bildirilir ki, o, öz avtomobilində güllələnərək öldürülüb. Bu qətl hadisəsi 49 yaşlı meksikalı jurnalist Marqarito Martinezin Tixuanadakı evinin qarşısında başından vurularaq öldürülməsindən bir həftə keçməmiş baş verib. Qeyd edək ki, 2000-ci ildən 2021-ci ilə qədər “Article 19” insan haqları qrupu tərəfindən Meksikada 145 jurnalistin qətli qeydə alınıb.
Xəbəri “Reuters” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə