Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Media xidmətlərinin satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron im­zaları vasitəsilə daxil olsunlar və media xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 100 (yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs

VÖEN – 1005379691

Bank-“Kapital Bank” ASC-nin Mərkəz filialı

VÖEN - 9900003611

H/h - AZ71AIIB 38090019440419396102

M/h - AZ37NABZ 01350100000000001944

Kod - 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar kotirovka sorğusunda iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- qiymət kotirovkası zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son 2 ildə analoji xidmətlərin göstərilməsi sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrin sayı 1 və daha çox olmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə imza­lanıb möhürlənərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvanına (tel- (+994 12) 377 00 20 dax.524 məsul şəxs- sa­tınalma və təchizat departamentinin mütəxəssisi Samirə Məmmədovaya) 8 fevral 2022-ci il saat 15.00-a qədər təqdim olunmalıdır.

Zərflərin açılışı 9 fevral 2022-ci il saat 15.00-da keçiriləcəkdir.

25 Yanvar 2022 06:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə