Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda şəhid Əlihüseyn Məmmədovun doğum gününə həsr edilmiş “Mən Əliyəm” kitabının təqdimatı keçirilib

Yanvarın 24-də Beynəlxalq Muğam Mərkəzində “Dönməsəm xatirəm qalsın” adlı tədbirdə Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun doğum gününə həsr edilmiş “Mən Əliyəm” kitabının təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Müdafiə Nazirliyinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Mərasimdə, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev 44 günlük Vətən müharibəsindən və şanlı Zəfərimizdən danı­şıb, şəhidlərin xatirəsinin daim böyük hörmət və ehtiramla anıldığını, onların ailə üzvlərinin dövlətin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hic­ran Hüseynova çıxışında Vətən müharibəsi şəhidlərinin xatirələrinin yad edilməsinin, anım günlərinin keçirilməsinin önəmindən danışıb. Bu cür tədbirlərin keçirilməsinin yeni nəslə Vətən sevgisinin aşılanmasında mühüm rol oynadığını qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı 44 günlük Vətən müharibəsində rəhbəri olduğu ali təhsil müəssisəsinin 23 şəhid verdiyini de­yib, şəhidlərin adlarının bu ali təhsil ocağında auditoriyalara veriləcəyini bildirib.

Daha sonra Zəfər marşının sədaları al­tında Vətən müharibəsi qazisi Elnur Əkbərov Azərbaycan bayrağı ilə səhnəyə gəlib, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədovanın oğlu ilə hazırlanmış dialoq videoçarxı təqdim olunub.

Şəhidin anası oğlunun xatirəsinə göstərilən ehtirama, onların ailəsinə ayrılan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Digər çıxış edənlər Azərbaycan Ordusu­nun 44 günlük müharibədə şücaətindən, xal­qımızın birliyindən və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımızın azad edilməsindən, şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolundan, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıblar.

Tədbir Əlihüseyn Məmmədova həsr edil­miş musiqi nömrələrinin və muğam parçaları­nın ifası, vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərlərinin nümayişi ilə davam edib.

25 Yanvar 2022 04:58 -

Köhnə versiyamızdan xəbərləri izlə