Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Viki Klub” layihəsinə start veriləcək

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi tərəfindən dünyanın ən böyük elektron ensiklopediyası hesab olunan Vikipediya platformasında Azərbaycanla bağlı mövcud məlumatların təkmilləşdirilməsi, təhrif olunmuş məlumatlara düzəlişlərin edilməsi və bu istiqamətlərdə fəaliyyət göstərən peşəkar şəxslərin sayının artırılması məqsədilə “Viki Klub” layihəsi həyata keçiriləcək.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qorqud” Vikipediya metodik klubunun tərəfdaşlığı ilə reallaşdırılacaq layihə çərçivəsində peşəkar Vikipediya təlimçiləri tərəfindən İKT sahəsindəki bilik və bacarıqları nəzərə alınmaq­la seçilmiş 30 gənc 10 hissəli təlim prosesinə cəlb olunacaq. Təlimlərin yekununda layihə iştirakçıları tam şəkildə Vikipediya platforması üzərində yeni məqalələrin yaradıl­ması, düzəlişlərin edilməsi və digər bacarıqlara yiyələnəcəklər.

İlkin olaraq 30 gəncin iştirakı ilə formalaşdırılacaq klub ölkəmizlə bağlı yeni məqalələrin mütəmadi şəkildə hazırlanıb yerləşdirilməsi, o cümlədən mövcud yazıların təkmilləşdirilməsi prosesini həyata keçirəcək. Klubun fəaliyyətinə dair mütəmadi olaraq hesabatlar hazırlanacaq. Layihə üçün son müraciət tarixi fevralın 3-ü saat 12:00-dır.

Müraciət üçün qeydiyyat linki: https://bit.ly/3GYWKyi.

25 Yanvar 2022 04:57 -

Köhnə versiyamızdan xəbərləri izlə