Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçisi yerləşdirilməsi planını təqdim edib

ABŞ Şərqi Avropa və Baltikyanı ölkələrə 5000-ə qədər hərbçi, gəmi və təyyarə göndərə bilər.

 

“The New York Times” nəşri müdafiə qurumunda məlumatlı mənbəyə istinadən bildirib ki, ABŞ prezidenti Co Bayden Baltikyanı ölkələrə və Şərqi Avropaya bir neçə min ABŞ əsgəri, eləcə də, döyüş gəmiləri və təyyarələri yerləşdirmək imkanını nəzərdən keçirir.

Qeyd olunur ki, Kemp Deviddə (ABŞ prezidentinin Merilenddəki iqamətgahı) görüşdə yüksək rütbəli Pentaqon rəsmiləri Baydenə Şərqi Avropa ölkələrinə 1000-dən 5000-ə qədər əsgər göndərilməsini, “vəziyyət pisləşərsə”, bu sayın 10 dəfə artırılmasını nəzərdə tutan bir neçə variant təqdim edib.

ABŞ prezidentinin müvafiq qərarı bu həftə verəcəyi gözlənilir.

“Xalq qəzeti”

25 Yanvar 2022 05:40 -

Köhnə versiyamızdan xəbərləri izlə