Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada çalışan azərbaycanlı həkimlərin forumu keçiriləcək

Almaniyanın Köln şəhərində bu ölkədə çalışan azərbaycanlı həkimlərin I forumu təşkil ediləcək.

"Xalq qəzeti" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutacaq forumun əsas məqsədi Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını və gənc həkimləri  bir araya gətirmək, elmi-praktiki mübadilənin aparılması, həkim soydaşlarımız arasında  şəbəkələşmənin yaradılmasından ibarətdir. Forumda azərbaycanlı həkimlərin çıxışları dinləniləcək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətlər və yeniliklər təqdim olunacaq, müzakirələr aparılacaq. Forum həm də xaricdə yaşayan həkim soydaşlarımızın Azərbaycan səhiyyəsinə bəxş edə biləcəyi mühüm töhfələrə diqqəti yönəldəcək.

5 mart 2022-ci ildə keçiriləcək forumda Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən 250 nəfərə yaxın azərbaycanlı həkimin iştirak etməsi nəzərdə tutulub.

Forumda iştirak etmək üçün qeydiyyat linki artıq aktivləşdirilib. İştirakçılar https://ga-symposium.com  linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. 

 

24 Yanvar 2022 18:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə