Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zakir Həsənov Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb

Yanvarın 24-ü Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livalanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, nazir qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.

Müdafiə naziri general-polkovnik Z. Həsənov Azərbaycan-Finlandiya hərbi əməkdaşlığının NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində uğurla həyata keçirildiyini bildirib.

Qonaq M. Livala Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər ölkələrimiz arasındakı münasibətlər, regionda sülhün və sabitliyin gücləndirilməsi, eləcə də digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

24 Yanvar 2022 14:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə