Ən son xəbərlər
Yanvarın 22-də saat 18 radələrində Bakı Metropoliteninin “Sahil” stansiyasında qatarda bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun “Koroğlu” stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyənləşdirilib.
Hadisə ilə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.
Köhnə versiyamızdan xəbərləri izlə