Ən son xəbərlər
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinə “Azərbaycan Dəmir Yolları” QSC-nin Şabran rayonunun Sarvan stansiyasından oğurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildiriblər ki, polis əməkdaşları tərəfindən dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Saday İsmayılov saxlanılıb.
Aparılan araşdırmalar zamanı həmin şəxsin stansiya ərazisindəki daş hasarın üzərinə çəkilmiş çuqun barmaqlıqları oğurlaması müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.
Köhnə versiyamızdan xəbərləri izlə