Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Aşıq Şakir – 100” adlı virtual sərgi açılıb

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında fərdi ifaçılıq keyfiyyətləri ilə seçilən Aşıq Şakirin 100 illik yubileyi tamam olur.

Görkəmli aşığın 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında “Aşıq Şakir – 100” adlı virtual sərgi açılıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə ustad aşığın poeziyası, fotolar, həyat və yaradıcılığı haqqında yazılan kitablar, məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Sakir_100/index.htm linkindən istifadə edə bilərlər.

Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında məxsusi xidmətləri olan ustad saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edib. Məlahətli səsi, şaqraq zəngulələri ilə xalq arasında böyük sevgi qazanan sənətkar aşıq şeirinin müxtəlif şəkillərində gözəl nümunələr də yaradıb. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi, nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar.

24 Yanvar 2022 11:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə