Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində keçirdikləri nəzarət tədbirləri zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən sürücüləri saxlayıblar.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, “VAZ-2106” markalı avtomobili idarə edən sürücü Tehran Cabbarov idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsini yolun kənarındakı işıq dirəyinə vurub. Ərazidə xidmət aparan yol patrul xidmətinin ekipaj qrupu hadisə yerinə yaxınlaşıb və yoxlama zamanı avtomobildən düşən sürücü yol polisi əməkdaşları ilə mübahisə edib, onların qanuni tələbinə məhəl qoymayıb. Bu zaman nəqliyyat vasitəsindəki sərnişin - Tehran Cabbarovun bacanağı Elcan Bəxtiyarlı avtomobili sürərək oradan uzaqlaşmağa cəhd edib. Hər iki şəxs saxlanılıb və avtomobillə birgə şöbəyə gətiriliblər. Tibbi müayinədən keçirilən bacanaqların sərxoş olduqları məlum olub.

Onların barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndəriləcək.

24 Yanvar 2022 11:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
25 May 2022 | 17:53
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə