Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: İctimai yerlərdə beş nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

Polis əməkdaşları yanvarın 22-23-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparılıb. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

24 Yanvar 2022 11:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
25 May 2022 | 17:53
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə