Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tələbələrin qış düşərgəsinə qeydiyyat prosesi bu gün yekunlaşır

Tələbələrin qış düşərgəsinə qeydiyyat prosesi bu gün yekunlaşır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşərgədə iştirak etmək istəyən tələbələr Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (riyazi analiz, cəbr və ədədlər nəzəriyyəsi fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Xatırladaq ki, düşərgə Təhsil İnstitutunun təşkilatçılığı ilə fevralın 5-dən 13-dək Quba rayonunda təşkil ediləcək.

24 Yanvar 2022 10:23 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə