Ən son xəbərlər
İspaniyanın “Barselona” klubu futbolçusu Qavi ilə müqaviləni uzadır. 17 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Kataloniya klubunun müqavilənin ardından gənc oyunçuya 1 milyard avro qiymət qoyacağı bildirilib. Qeyd edək ki, İspaniya millisinə də dəvət alan Qavi bu mövsüm La Liqada 17 matça çıxıb və 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbəri “Marca” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə