Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada yeni antirekord

Rusiyada yeni antirekord qeydə alınıb. Rusiya Federal Operativ Qərargahının məlumatına görə, son sutka ərzində ölkədə 57 min 212 nəfər koronavirus infeksiyasına yoluxub. Bu, pandemiya başlanandan ən yüksək göstəricidir. Son 24 saat ərzində 25 min 525 nəfər sağalıb, 681 nəfər vəfat edib. 
Ən çox yoluxma paytaxt Moskvada (16 min 94 nəfər), Sankt-Peterburq şəhərində (8451 nəfər) və Moskva vilayətində (6400 nəfər) qeydə alınıb. 
Pandemiya başlanandan indiyədək Rusiyada 11 milyon 44 min 981 nəfər COVID-19 virusuna yoluxub, 10 milyon 57 nəfər sağalıb, 325 min 433 nəfər koronavirus infeksiyasının qurbanı olub. 
Rusiya Federal Operativ Qərargahının məlumatına görə, koronavirus infeksiyasının “Omicron” ştammı ölkənin 63 regionunda geniş yayılıb. 
Qəzənfər QASIMOV,

“Xalq qəzeti” 

23 Yanvar 2022 08:35 -

Köhnə versiyamızdan xəbərləri izlə