Ən son xəbərlər
NATO Aralıq dənizində ABŞ-ın "Harry Truman" təyyarədaşıyan gəmisinin iştirakı ilə böyük hərbi təlim keçirəcək.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, “Neptun-22” adlı təlimlər plana uyğun olaraq keçirilir: "Harry Truman aviadaşıyıcı həmlə qrupu NATO-nun əməliyyat nəzarəti altına alınacaq və o çoxdan planlaşdırılan təlimin mərkəzi elementi olacaq".
Con Kirbi qeyd edib ki, manevrlər zamanı hərbçilər “uzaq mənzilli zərbələr” və sualtı qayıqlara qarşı effektiv döyüş əməliyyatlarını icra edəcəklər.
Yanvarın 24-dən fevralın 4-dək davam edəcək təlimlərdə bir neçə NATO ölkəsi iştirak edəcək, lakin Kirbi onların adlarını açıqlamayıb.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə