Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya qırıcılarının Belarusa köçürülməsinə başlanıb

“Belta” agentliyinin yaydığı məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin (VKS) “Su-35S” çoxməqsədli döyüş təyyarələri ittifaq dövlətinin reaksiya qüvvələrinin sınaqları çərçivəsində Belarusa uçmağa başlayıb. 
Yeri gəlmişkən, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi də məlumat yayıb. 
Məlumatda deyilir: “Birlik dövlətinin cavab qüvvələrinin yoxlanılmasında iştirak edən Şərq Hərbi Dairəsinin “Su-35S” çoxməqsədli qırıcılarının ekipajları Belarus Respublikası ərazisinə köçürülməyə başlayıb”. 
Nazirlikdən verilən məlumata görə, uçuş tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiya Aerokosmik Qüvvələrinin ekipajları maksimum məsafəyə uçuşlar, Belarus aerodrom­larına eniş, həmçinin Belarus mütəxəssisləri ilə birgə təkrar uçuşlara hazırlıq işlərini həyata keçirəcək. 
Mahmud QƏRİBOV,

“Xalq qəzeti” 

23 Yanvar 2022 08:38 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə